Təyyarədə dəhşətli anlar – pilot havada yatdı – VİDEO
Bizi izləyin

Dünya

Təyyarədə dəhşətli anlar – pilot havada yatdı – VİDEO

Küveytə uçmaq üçün Fransadan havaya qalxan təyyarənin pilotu sükan arxasında yatıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan hava məkanına daxil olan təyyarə saatlarla havada qalıb.

Hadisə Misirin “EgyptAir” hava yolu şirkətinə məxsus A320 təyyarəsinin Karpatos adasının yaxınlığında düşməsindən bir neçə saat sonra baş verib. 140 sərnişin daşıyan “Boeing” tipli Amerika təyyarəsi saatlarla havada qalıb.

Dispetçer nəzarət qülləsi təyyarə ilə əlaqə qura bilmədiyi üçün döyüş təyyarələri havaya qalxıb. İki F-16 döyüş təyyarəsi Santorini adasının üzərində təyyarəyə yaxınlaşıb və pilotlar oyandırılıb. “Boeing” qırıcıların müşayiəti ilə yunan hava məkanını tərk ediblər.

Yunanıstan Müdafiə Nazirliyi təyyarə şirkətinə nota göndərib və yanacaq təzminatı tələb etmək niyyətində olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm