Ana özünü 3-cü mərtəbədən düşən övladının arxasınca yerə atdı - VİDEO
Bizi izləyin

Dünya

Ana özünü 3-cü mərtəbədən düşən övladının arxasınca yerə atdı - VİDEO

Hadisə yerinə gələn təcili yardım briqadası ana və körpəni xəstəxanaya yerləşdirib

Ana öz canını heç sayaraq övladının arxasınca yerə tullanıb.

Teleqraf.com xəbər verir ki, bədbəxt hadisə Türkiyənin Ordu şəhərində baş verib. Belə ki, 2 yaşlı Aras Özbek 3-cü mərtəbədə yerləşən evlərindəki açıq qalan pəncərədən baxmaq istəyib. Elə o əsnada azyaşlı körpə yerə yıxılıb. Oğlunun yerə yıxıldığını görən ana təşvişlə onu yaxalamaq üçün özünü 3-cü mərtəbədən aşağı atıb.

Hadisə yerinə gələn təcili yardım briqadası ana və körpəni xəstəxanaya yerləşdirib.

2 yaşlı uşağın 72 saat reanimasiyada qalacağı bildirilir. Ana isə aldığı xəsarətlərə baxmayaraq, yeriyərək xərəkdəki övladını baxmağa gəlib. Həmin anlar isə foto-müxbirlər tərəfindən əbədiləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm