Ağır qəza: 12 ölü, 30 yaralı
Bizi izləyin

Dünya

Ağır qəza: 12 ölü, 30 yaralı

Pakistanda ağır yol qəzası baş verib.

Publika.az "Report"-a istinadən məlumat verir ki, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 12 nəfər ölüb, 30-dan çox insan xəsarət alıb.

Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var. Yaralılar xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb avtobus sürücüsünün idarəetməni itirməsi və qarşıdan gələn yük maşınının yoluna çıxması olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm