AKP CXP-yə hücumu İstanbuldan başladı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

AKP CXP-yə hücumu İstanbuldan başladı - YENİLƏNDİ

Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə seçkisində İstanbuldan namizədi Mustafa Sarıgülün əmlakı müsadirə olunub.

Şişli bələdiyyə başçısı, Cümhuriyyət Xalq Partiyasının (CXP) İstanbul Böyükşəhər bələdiyyə başçısılığına namizədi Mustafa Sarıgülün əmlakına həbs qoyulub.

Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əmanət Depozitləri və Sığorta Fondu (TMSF) Sarıgülün bank hesablarına və daşınmaz əmlakına həbs qoyulmasına səbəb kimi Mustafa Sarıgülün 9 nəfərlə 1998-ci ildə “Ekspress” bankdan götürdüyü və ödənilməyən 3,5 milyon dollarlıq kredit borcu göstərilib.

TMSF ümumi borc məbləğinin faizləri ilə birlikdə 8 milyon dollara çatdığını bildirib. Hadisə barədə açıqlama verən Mustafa Sarıgül TMSF ilə hər hansı bir borc münasibəti olmadığını deyib. Baş verənləri təxribat kimi qiymətləndirən Sarıgül qərarın siyasi olduğunu qeyd edib. Dövrün bank müdiri olan Korxmaz Yigid bir müddət əvvəl TMSF-ə müraciət edərək Sarıgül və qrupunun bankdan 3,5 milyon dollar kredit istifadə götürdüyünü, lakin bu krediti ödəmədiyini bildirib.

M.Sarıgülün özü isə onun əmlakına həbs olunmasını “siyasi hücum” olaraq qiymətləndirib:

“Bu gün TMSF tərəfindən bank hesablarıma və əmlakına həbs qoyulub. Bu tamamilə haqsız və siyasi bir hücumdur. Mənim TMSF ilə hər hansı bir borc əlaqəm yoxdur. Mən TMSF-dən keçən 16 il ərzində bir məktub belə almamışam. Bu gün vəkilim vasitəsi ilə rəsmi olaraq TMSF-yə müraciət edərək borclu olduğumu göstərən sənədlərin verilməsini istədim. Ancaq belə bir sənəd verilmədi, çünki belə bir sənəd yoxdur. Xalqın etibarını itirərək mənə qarşı bu siyasi hücumu edənlər, bunun cavabını 30 Mart axşamı seçkilərdə mütləq alacaq”.

Ömər Dağlı

03.30

Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə seçkisində İstanbuldan namizədi Mustafa Sarıgülün əmlakı müsadirə olunub. Türkiyə mətbuatının xəbər verir ki, Əmanət Depozitləri və Sığorta Fondu (TMSF) Sarıgülün bank hesablarına və daşınmaz əmlakına həbs qoyub.

Buna səbəb kimi Mustafa Sarıgülün 9 nəfərlə 1998-ci ildə “Ekspres” bankdan götürülən və ödənilməyən 3.5 milyon dollarlıq kredit borcu göstərilib.

TMSF ümumi borc məbləğinin faizləri ilə birlikdə 8 milyon dollara çatdığını bildirib.

Hadisə barədə açıqlama verən Mustafa Sarıgül TMSF ilə hər hansı bir borc münasibəti olmadığını deyib. Baş verənləri təxribat kimi qiymətləndirən Sarıgül qərarın siyasi olduğunu qeyd edib. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm