Dünya
ABŞ ŞOKDA: Ankara və Moskva tarazlığı dəyişir
Rusiya və Türkiyə arasındakı normallaşma prosesi Suriya məsələsində də özünü göstərməyə başlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada Ankara, Moskva və Tehranın əməkdaşlığı ilə bufer zona yaradılacaq.
Rusiya tərəfindən hazırlandığı deyilən planda qaçqınların bufer bölgədə yerləşdirilməsi və Suriyanın şimalının İŞİD terror təşkilatından təmizlənməsinə dair maddələriyer alıb. Plana görə, Suriyanın şimalında Cerablus ilə Azez arasındakı ərazi Türkiyə və Rusiyanın əməkdaşlığı ilə İŞİD-dən təmizlənəcək.
Türkiyədəki qaçqınlar yaradılacaq bufer zonasına 2 il ərzində yerləşdiriləcək.
Bundan başqa, Suriyanın ərazi bütövlüyünün saxlanılması şərti ilə mərkəzi hökumətin güclü olduğu federativ idarəçlik təklif ediləcək, keçid prosesinə dair proqram hazırlanacaq.
Mənbələr qeyd edir ki, Rusiya, Türkiyə və İran arasında olan müzakirələr ABŞ-ın vitse-prezidenti Cozef Baydenin gələn həftə Ankaraya edəcəyi səfərin nəticələrinə əsasən dəqiqlik qazanacaq.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR