Gülənin mühakimə edilməsi tələb olundu
Bizi izləyin

Dünya

Gülənin mühakimə edilməsi tələb olundu

“Bu günə qədər Fəthullah Güləndən hesab istəyən prokuror olmadı. “Paralel dövlət”in rəhbəri bəllidir. Hərəkətləri və ifadələri də ortadadır. Bunların qanunlardakı qarşılığı da bəllidir”

Türkiyəli jurnalist-yazar Yusuf Ünal Fəthullah Gülənin ABŞ-dan gətirilməsi və mühakimə olunması iddiası ilə çıxış edib.

Publika.Az –ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Y.Ünal iddiasını İstanbul Baş prokurorluğuna təqdim edib. “Bu günə qədər Fəthullah Güləndən hesab istəyən prokuror olmadı. “Paralel dövlət”in rəhbəri bəllidir. Hərəkətləri və ifadələri də ortadadır. Bunların qanunlardakı qarşılığı da bəllidir”, - o, söyləyib.

Bəzi polis rəislərinin əməliyyatlarla hökuməti nüfuzdan salmağa çalışdığını bildirən Y.Ünal hökuməti devirmək cəhdinin də davam etdiyini dilə gətirib:“Ölkə milyardlarla dollar zərərə uğradı. Gülən gizli kasetlərlə şantaj, millət vəkillərinə istefa təzyiqi, məhkəmə və təhlükəsizlik orqanlarlarını təsir altına almaq cinayətlərlərindən mühakimə olunmalıdır. Gülənin ABŞ-dan gətirlməsi təmin edilməli və İsraillə əlaqələri mütləq araşdırılmalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm