“Ukraynanın şərqində Krım ssenarisi həyata keçirilir”
Bizi izləyin

Dünya

“Ukraynanın şərqində Krım ssenarisi həyata keçirilir”

“Ukraynanın şərqində Krım ssenarisi həyata keçirilir”

Fransanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi rəsmi Moskvanı Ukraynanın şərqində baş verən hadisələrdə Rusiya qoşunlarının iştirakını inkar etməməyə çağırıb.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, fransalı diplomat Ukraynanın şərqində Krım ssenarisinin həyata keçirildiyini söyləyib: “Biz görürük ki, Ukraynanın şərqində müşahidə olunan zorakılığın səbəbləri daxildə yaranmayıb. Burada Krım ssenarisinin həyata keçirildiyini görürük. Əvvəlcə ruspərəst insanlar, arxasınca isə intizamlı silahlı maskalılar hərəkət edirlər. Bütün bunlar internet vasitəsilə yayılır. Rusiyanın etirazlarına baxmayaraq, artıq ona heç kim inanmır. Rusiya anlamır ki, internet mövcuddur və onun inkar etdikləri üzə çıxır”.

Böyük Britaniyanın qurumdakı nümayəndəsi Mark Layal Qrant isə bildirib ki, Ukraynada baş verən zorakılıqların "dirijorluğunu" Rusiyanın etdiyini göstərən sübutların sayı artır: "Böyük Britaniya Rusiyanı dərhal Ukrayna sərhədindən öz qoşunlarını geri çəkməyə, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə çağırır".

Rusiyanın BMT-dəki daimi səfiri Vitali Çurkinin sözlərinə görə, Ukrayna rəhbərliyinin rusiyayönümlü separatçıları dağıtmaq üçün ordu qüvvələri cəlb edəcəyini bəyan etməsi Rusiyada narahatlıq doğurub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm