Dünya
Qaçırılan məktəbli qızlardan 10-u xilas oldu - FOTO
Aprelin 15-də bir qrup silahlı şəxs Nigeriyanın
şimal-şərqində Şibok şəhərindəki orta məktəbə hücum edərək 129
məktəbli qızı oğurlayıblar.
ANS PRESS-in xəbərinə görə, Nigeriyanın şimalındakı Borno
əyalətində "Boko Haram" qruplaşmasının üzvləri tərəfindən qaçırılan
129 məktəbli qızdan 10-nun qaçaraq xilas olduğu bildirilib.
Borno valisi Kaşim Şettima xilas olan həmin 10 qızın "Boko Haram"
üzvlərinə yemək hazırladıqları zaman qaçdıqlarını dilə gətirib.
Nigeriya ordusu mətbuat katibi Kris Olukolade isə yerli mətbuat
tərəfindən 200 olaraq elan edilən qaçırılan qız sayının, əslində
129 olduğunu vurğulayıb.
Ordunun qruplaşma üzvlərinin izində olduğunu söyləyən Olukolade,
onları ələ keçirmək üçün hava əməliyyatı daxil olmaqla, bir çox
variantları dəyərləndirdiklərini qeyd edib.
Xatırladaq ki, srağagün Nigeriyanın paytaxtı Abucanın
avtovağzalında baş verən terror partlayışında 71 nəfər həlak olub,
124 nəfər yaralanıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR