Almanlarla yatdığı üçün təqib olundu, soyunduruldu - Foto
Bizi izləyin

Dünya

Almanlarla yatdığı üçün təqib olundu, soyunduruldu - Foto

Almanlarla yatdığı üçün təqib olundu, soyunduruldu-Foto

İkinci Dünya Müharibəsi dövründə Danimarka 5 il nasistlərin işğalı altında olub. Aşağıda təsvir olunmuş qrafik şəkillər Danimarkada müharibədən sonrakı vəziyyəti əks etdirir. Almanların məğlubiyyəti ilə bitən müharibədən sonra nasistlərlə yatan qadınlar təqib olunmağa başlandı. Şəkil albomunda yerləşən 8 şəkil vətəninə xəyanət etmiş qadınların cəzalandırılması təsvir edilir.

Ağ-qara təsvirlər 1945-ci ildə Britaniya qoşunları Skandinaviyanı almanlardan təmizləyən vaxt çəkilib.

Şəkillərdə Alman əsgərləri ilə yatan qadınların bir qrup kişi tərəfindən təqib olunması, döyülməsi və soyundurulmasını əks etdirən sarsıdıcı təsvirlər də yer alıb. Belə ki, qadın kişilər tərəfindən yaxalanıb yerə yıxılır və soyundurularaq svastika çəkilir.

Şəkil albomunda sərnişinin əyləşdiyi qanlı oturacaqlı maşın, Britaniya əsgərlərini daşıyan hərbi maşının Kopenhagen küçələrində alqışlanması və digər şəkillər də yer alıb.

Birmənalı qarşılanmayan 112 fotodan ibarət olan şəkillər toplusu hərraca çıxarılır. Aprel ayının 30-u hərraca buraxılacaq şəkil toplusunun satışdan öncəki qiyməti 1,500 dollardır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm