BMT və Suriya müxalifəti Əsədin seçki qərarına sərt reaksiya verdi
Bizi izləyin

Dünya

BMT və Suriya müxalifəti Əsədin seçki qərarına sərt reaksiya verdi

BMT və Suriya maxlifəti Əsədin seçki qərarına sərt reaksiya verdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya rejiminin prezident seçkilərini keçirmək qərarına sərt reaksiya göstərib.

Publika.Az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefane Dujarris çoxlu sayda insanın evlərini tərk etdiyi və vətəndaş müharibəsinin davam etdiyi Suriyada prezident seçkilərinin keçirilməməsini istəyib.

Suriya hökuməti prezident seçkilərini 3 İyuna təyin edib. BMT baş katibinin sözçüsü qeyd edib ki, baş katib Pan Gi Mun və Suriya üzrə xüsusi nümayəndə Əl-Ahdar əl-İbrahimi mövcud şərtlər altında seçkilərin keçiriləcə bilməyəcəyini söyləyib. O, seçkilərin Cenevrə razılaşmasına da zidd olduğunu vurğulayıb.

Suruia müxalifəti də rejimin seçki qərarını sərt qarşılayıb. Müxalifət Bəşər Əsədin prezidentliyə namizədliyini heç bir halda qəbul etməyəcəklərini bəyan edib.

Suriya Müxalif və İnqilabi Güclər Milli Koalisiyası hüquq komissiyasının rəhbəri Heysem Malih Əsədin adının müharibə cinayətkarları siyahısında olduğunu və hüquqi baxımdan prezidentliyə namizəd ola bilməyəcəyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm