“ABŞ-ı faciəli nəticələr gözləyir” - XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“ABŞ-ı faciəli nəticələr gözləyir” - XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanıa 11 sentyabr hücumları ilə əlaqədar xarici ölkələrə məhkəmə iddiası qaldırılmasına imkan verən qanuna görə ABŞ-ı “faciəli nəticələr”lə təhdid edib.

Səudiyyə Ərəbistanı 11 sentyabr hücumları ilə əlaqədar xarici ölkələrə məhkəmə iddiası qaldırılmasına imkan verən qanuna görə ABŞ-ı “faciəli nəticələr”lə təhdid edib.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Spiegel” nəşri yazıb.

Sözügedən qanun çərşənbə günü Konqresin hər iki palatası – Senat və Nümayəndələr Palatası tərəfindən qəbul edilib. ABŞ prezidenti Barak Obama qanun layihəsinə veto qoymağa çalışsa da, Senat və Nümayəndələr Palatasında böyük əksəriyyətin onu dəstəkləməsi Ağ Ev liderini 8 illik hakimiyyəti dövründə ilk dəfə veto haqqından məhrum edib.

“9/11 (2001-ci il 11 sentyabr) qanunu üzrə Konqresin qərarı prezident Obama üçün daxili siyasi məğlubiyyətidir. Səudiyyə Ərəbistanı ABŞ-ı birmənalı nəticələrlə xəbərdarlıq edir”, - alman jurnalında dərc olunan məqalədə deyilir.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Konqresi “faciəli və təhlükəli nəticələr”in qarşısının alınması üçün bütün lazımı ölçüləri qəbul etməyə çağırıb. “Faciəli və təhlükəli nəticələr” deyəndə nələrin nəzərdə tutulduğuna gəlincə, qurum bunu dəqiqləşdirməyib.

Sözügedən qanun layihəsi ilk dəfə gündəmə gələndə Səudiyyə Ərəbistanı ABŞ-ı bu ölkədəki 750 milyard dollarlıq istiqrazlarını açıq satışa çıxaracağı ilə təhdid edib.

ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun 11 sentyabr terror aktlarının qurbanlarına istənilən başqa ölkəyə qarşı ittihamları qaldırmağa icazə verir. “Spiegel” xatırladır ki, terror aktında istifadə olunan təyyarələrin oğurluğunda iştirak etmiş 19 terrorçudan 15-i Səudiyyə Ərəbistanının vətəndaşı idi.

Barak Obama eyni zamanda, bildirib ki,qanun ABŞ-ın milli maraqlarına zərər verə bilər. Obama qanunun təsdiqlənəcəyi təqdirdə digər suveren dövlətlərin də ABŞ-a qarşı eyni şəkildə davranacağını və bunun ölkənin beynəlxalq əlaqələrinə ciddi zərərlər verəcəyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm