Qırğızıstan prezidenti Putinin xəstəxanasından çıxdı
Bizi izləyin

Dünya

Qırğızıstan prezidenti Putinin xəstəxanasından çıxdı

Qırğızıstan prezident Almazbek Atambayev Moskva Mərkəzi Klinik Xəstəxanasından buraxılıb.

Qırğızıstan prezident Almazbek Atambayev Moskva Mərkəzi Klinik Xəstəxanasından buraxılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qırğızıstanın Rusiyadakı səfirliyindən bildirilib.

Prezident vətənə uçmağa hazırlaşır. Lakin Atambayevin uçuşunun vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, dövlət başçısı sentyabrın 19-u BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etmək üçün gedərkən İstanbul Atatürk hava limanında səhhəti pisləşib. Türkiyədə xəstəxanaya yerləşdirilən Almazbek Atambayev 1 oktyabra qədər qısamüddətli məzuniyyət götürüb.

Sentyabrın 22-də Qırğızıstan prezidenti mütəxəssislərin tövsiyəsi və Rusiya tərəfinin dəvəti ilə Rusiyanın prezident aparatı yanında Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm