Slavyanskın əsas problemi - ŞİST QAZI
Bizi izləyin

Dünya

Slavyanskın əsas problemi - ŞİST QAZI

“Donetsk vilayətinin Slavyansk şəhəri məhz şist qazına görə, vilayətin ən qaynar nöqtəsi ola bilər”.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə TSN kanalının süjetində deyilir.

“Rusiyanın əsas zərbəsi şist qazının olduğu əraziyə yönəlib. Ərazidə böyük enerji resursları var. Bu resurslar dünyanın energetika xəritəsini də dəyişdirə bilər”, - xəbərdə deyilir.

Ekspertlər qeyd edirlər ki, sözügedən qaz ehtiyatları yalnız Ukrayna deyil, həm də Avropada kardinal dəyişikliklərə gətirib çıxara bilər. Təsdiq olunmuş məlumatlara görə, ərazidə 3,6 trilyon kubmetr qaz ehtiyatı var. Energetika Tədqiqatları Mərkəzinin baş direktoru Aleksandr Xarçenkonun fikrincə, əgər Ukrayna hasilatı 15-20 milyard kubmetr artırarsa, artır ixracatçı ola bilər.

Slavyansk şist qazı yataqlarında hazırda Hollandiyanın “Şell” şirkərti işləyir. Şirkət yaxın vaxtlarda ilkin mərhələdə 15 quyu qazmağı və 200 milyon dollar sərmayə qoymağı planlaşdırır.

“Qazın ilkin və kiçik həcmini artıq gələn il əldə etmək mümkün olacaq. Amma böyük həcmli qaz isə 4-5 il ərzində çıxarılacaq”, - Kiyev Beynəlxalq Energetika Klubunun prezidenti Aleksandr Todiyçuk bildirir.

Şist qazı ehtiyatlarına görə, Ukrayna hazırda Avropada dördüncüdür. Ukrayna ölkənin yalnız şərqində deyil, həm də qərbində şist qazı əldə etməyi planlaşdırır.

“Bunun sayəsində Ukrayna Kremlin qaz ilgəyindən tezliklə qurtulacaq. Bunu “Qazprom” çox yaxşı anlayır. Ümumiyyətlə, Avropada şist qazı mövzusunu öldürmək üçün “Qazprom” şirkəti məqsədyönlü iş aparır”, - A.Xarçenko qeyd edib.

A.Todiyçuk hesab edir ki, bu ərazilər uğrunda mübarizə həm də böyük qaz bazarının itilməsi anlamına gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm