Dünya
Ərdoğandan ŞOK BƏYANAT: “Obama ilə danışandan 3 saat sonra...” – VİDEO
“Bizdən terrorçuları istədikləri zaman veririk, amma onlar belə bir terrorçunu bizə vermir. Bizim aramızda cinayətkarların ekstradisiyası ilə bağlı razılaşma var. Bundan sonra biz də verməyəcəyik”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim və prokurorların təyinatı üçün keçirilən püşkatma mərasimində FETÖ lideri Fəthullah Gülənin ekstradisiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Ərdoğan PKK terror təşkilatının lideri Abdullah Öcalanı verdiklərini, əvəzində FETÖ-nü icad etdiklərini bildirib.
“Bir separatçı terror təşkilatının rəhbərini təslim etdilər. Onun əvəzində başqa bir terror təşkilatının rəhbərini götürdülər. Terror təşkilatları ölkəmizdə sanki növbə ilə hərəkət edir”, - Türkiyə prezidenti vurğulayıb.
O, Türkiyənin cənubunda terror dəhlizinin meydana gəlməsinə imkan verməyəcəklərini deyib: “Koalisiya gücləri 63 ölkədən ibarətdir. 63 ölkə 10 min İŞİD üzvünü zərərsizləşdirə bilmir, terror təşkilatlarından kömək istəyirlər. Terrorçuların yaxşısı-pisi olarmı? Onlar da terrorçudur. Biz Türkiyənin cənubunda bir terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik”.
ABŞ Suriyanın şimalındakı PYD (PKK terror təşkilatının Suriya qanadı) və YPG-yə (PYD-nin silahlı qolu) silah verdiyini dilə gətirib: “Bunları şəxsən prezidentin (ABŞ prezidenti Barak Obama –red.) özünə söylədim. “Silah verməyin” dedikdən 3 saat sonra Kobaniyə silah endirildi. Silahların yarısı PYD-ə, yarısı da İŞİD-ə getdi. Xanım Klinton da PYD-ni dəstəkləyəcəyini bildirir. Mən bunu siyasi təcrübəsizlik olaraq görürəm. Çox səhv bir açıqlamadır. Siz verdiyiniz silahlarla 600 min insanın ölümünə səbəb olduğunuzun fərqində deyilsinizmi?”
Ömər Dağlı
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı
-
Dünya13:13“Hizbullah”ı tərksilah etməyin şərtləri – Livan prezidenti ABŞ-da açıqladı
-
Hadisə12:40"Arzum" azadlığa buraxıldı

































