Donetskdə separatçıların 6 blokpostu ləğv edilib
Bizi izləyin

Dünya

Donetskdə separatçıların 6 blokpostu ləğv edilib

Donetskdə separatçıların 6 blokpostu ləğv edilib

Ukraynanın şərqində terrorçuluğa qarşı aparılan əməliyyatlar çərçivəsində xüsusi təyinatlı dəstələr Krasnoarmeyski şəhərində terrorçuların blokpostunu ləğv edib.

Publika.az – ın unina.net saytına istinadən verdiyi məlumata görə, bu barədə terrorçuluğa qarşı mübarizə mərkəzindən bildirilib.

Məlumata görə, terrorçulardan üç ədəd “Kalaşnikov” avtomatı götürülüb.

Terrorçuluğa qarşı mübarizə mərkəzi həmçinin Donetsk vilayətinin Slavyansk şəhərində 2 blokpostun ləğv edildiyini açıqlayıb. Dünən isə şəhərdə daha üç qanunsuz blokpost ləğv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm