Atambayev hakimiyyətdən gedəcəyi tarixi açıqladı
Bizi izləyin

Dünya

Atambayev hakimiyyətdən gedəcəyi tarixi açıqladı

2011-ci ildən bu postda olan Atambayev bildirib ki, növbəti ildə xalqın kimi seçəcəyini bilmir.

Qırğızıstan prezidenti Almazbek Atambayev bir il sonra postunu tərk edəcək və ölkədə hakimiyyət dəyişikliyi olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının özü 2016-cı ilin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

2011-ci ildən bu postda olan Atambayev bildirib ki, növbəti ildə xalqın kimi seçəcəyini bilmir.

“Amma əsas olan odur ki, bu insan ölkəni geri qaytara bilməsin. Hakimiyyətə Sosial-Demokrat Partiyasının və ya müxalifətin nümayəndəsi gəlsin, əsas odur ki, bu sistem, bu partiya ciddi işləsin”, - deyə dövlət başçısı vurğulayıb.

Atambayev qeyd edib ki, ölkədə 2020-ci ilə kimi iki güclü partiyanın formalaşmasını istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm