• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Krımda TƏHLÜKƏLİ QARŞIDURMA - Kiyev raket atışlarına başladı

  • Dünya
  • 1 Dekabr 2016 11:28
  • 779 Baxış
Krımda TƏHLÜKƏLİ QARŞIDURMA - Kiyev raket atışlarına başladı

Kiyev Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazilərdə raket təlimlərinin startını elan edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Hərbi Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovskiy bildirib.

“Artıq raket təlimləri başlanıb. Hər şey plan üzrə gedir”, - Krıjanovskiy deyib.

O, əlavə edib ki, hər şey beynəlxalq qanunvericiliyin normalarına əsasən gedir.

Krıjanovskiy qeyd edib ki, raket atışları Krımın hava məkanının ən azı 30 kilometrliyində keçirilir.

Qeyd edək ki, Ukraynanın elan etdiyi raket təlimləri ilə əlaqədar olaraq dünən Krımda Rusiyanın Hava Hücumundan Müdafiə qoşunları gücləndirilmiş iş rejiminə keçirilib. Krımın güc strukturlarındakı mənbə bildirib ki, Qara dəniz donanmasının gəmiləri yarımadanın qərb sahili yaxınlığında mövqe tutublar. O, izah edib ki, Krımın hava hücumundan müdafiə olunması onların əsas vəzifəsidir.

Rusiya Kiyevin niyyətinin təxribat hesab edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, bu təxribat Ukrayna və Rusiya arasında münaqişənin genişlənməsinə hesablanıb. Nazirliyin rəsmisi qeyd edib ki, Kiyev ölkədə ağırlaşan siyasi, iqtisadi və sosial böhrandan diqqəti yayındırmaq üçün vəziyyəti gərginləşdirmək istəyir.

Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə noyabrın 26-da göndərdiyi məktubda isə bildirilir ki, Ukrayna Krımla sərhəddə raket atışları həyata keçirsə, Rusiya Ukrayna ərazisinə raket zərbələri endirə bilər. Bildirilir ki, raketlər Krım ərazisində aşkarlanarsa, onlar Rusiya hava hücumundan müdafiə gücləri tərəfindən məhv ediləcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Kiyevə nota göndərildiyini təsdiqləyib. O, bildirib ki, Rusiya üçün təhlükə yaranacağı halda, raketlər vurulacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR