Hindistanda zavod partladı - 18 ölü
Bizi izləyin

Dünya

Hindistanda zavod partladı - 18 ölü

Partlayış nəticəsində bina uçub.

Hindistanın cənubunda fəaliyyət göstərən partladıcı maddə istehsalı müəssisəsində baş vermiş güclü partlayış nəticəsində 18 nəfər ölüb.

Publika.az xəbər verir ki, insident Tamilnadu ştatında baş verib. Partlayış nəticəsində bina uçub. Partlayış dalğası beton plitələrini 50 metrədək kənara atıb, yaxınlıqdakı evlərdə və avtomobillərdə şüşələr qırılıb. Partlayış yerli əhali arasında təlaşa səbəb olub.

Partlayışın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm