Şəhərdə genişmiqyaslı xüsusi əməliyyat - - VİDEO
Bizi izləyin

Dünya

Şəhərdə genişmiqyaslı xüsusi əməliyyat - - VİDEO

Şəhərdə genişmiqyaslı xüsusi əməliyyat keçirirlər.

Qazaxıstan güc strukturlarının nümayəndələri Aktobe şəhərində genişmiqyaslı xüsusi əməliyyat keçirirlər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan İnformasiya və Kommunikasiyalar Nazirliyinin mətbuat katibi Arsen Bektasov bildirib.

Əməliyyat şəhərin müxtəlif hissələrində, həmçinin neft emalı zavodunun yaxınlığında keçirilir. “Respublikanın Milli Təhlükəsizlik üzrə Komitəsi genişmiqyaslı xüsusi əməliyyatı keçirir. Şəhərin müxtəlif hissələrində həbslər var. Hələ ki xüsusi əməliyyatın hədəfləri haqqında məlumat verilmir”, - deyə Bektasov vurğulayıb.

İdarənin mətbuat katibinin sözlərinə görə, ətraflı informasiya əməliyaytın tamamlanmasından sonra Milli Təhlükəsizlik Komitəsi tərəfindən veriləcək. O, həmçinin bildirdi ki, saxlanılanların sayı haqqında hələlik məlumat yoxdur.

Əməliyyatda Milli Təhlükəsizlik Komitəsi ilə yanaşı, Daxili İşlər Nazirliyi və Korrupsiyaya qarşı Xidmətin əməkdaşları iştirak edir. Şahidlərdən biri bildirib ki, xüsusi formada olan silahlı insanlar 41-ci zonada yerləşən neft emalı zavodunun ərazisini mühasirəyə alıblar. Kaskalarda olan təxminən 40 nəfər avtomatlarla zavodun mərkəzi binasına zorla daxil olub.

Şəxsi mənbələrin məlumatına görə, neft emalı zavodunda axtarışlar aparılır.

Aktobedən başqa, Aktyubinsk vilayətinin Kandıaqaş şəhərində də xüsusi əməliyyatın keçirildiyi barədə informasiya var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm