Azərbaycanlı kapitan yaralandı, vertolyotla xilas edildi
Bizi izləyin

Dünya

Azərbaycanlı kapitan yaralandı, vertolyotla xilas edildi

Xilasedicilər quru yük gəmisinə qalxaraq yaralı kapitanı sahilə evakuasiya ediblər.

Türkiyənin Sahil Mühafizə Qüvvələrinin Samsun bölgə komandanlığı açıq dənizdə qarnından yaralanan azərbaycanlı gəmi kapitanını xilas etmək üçün vertolyot qaldırıb.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, Sahil Mühafizə Qüvvələrinə Samsun sahillərindən 100 mil məsafədə Komor adaları bayrağı altında üzən quru yük gəmisinin ikinci kapitanının naməlum səbəblərlə qarnından yaralandığı haqda Səhiyyə Nazirliyindən siqnal daxil olub.

Azərbaycan vətəndaşı olan kapitanı xilas etmək üçün əməliyyat başladılıb və sahil mühafizə kateri sudan, vertolyot isə havadan gəmiyə yaxınlaşıb. Xilasedicilər quru yük gəmisinə qalxaraq yaralı kapitanı sahilə evakuasiya ediblər.

O, Samsun Egitim və Araşdırma Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafidir. Quru yük gəmisinin Ukraynadan Trabzon limanına yük daşıdığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm