Dünya
Ukraynada antiterror əməliyyatlarına start verildi
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən və Ali Radanın sədri Aleksandr Turçinov həmvətənlərinə müraciət edərək bu gün səhər antiterror əməliyyatlarının aktiv fazasına başlandığını deyib.
"Slavyanskda oturub Donetsk regionunu terrorizə edən
yaraqlıların bazasını aşkar etdik. Bizim əsas məqsədimiz insanları
müdafiə etmək və əhali arasında qan tökülməsuinə yol verməməkdir.
Bizim güc strukturlarımız hazırda xarici dövlətin muzdluları ilə
mübarizə aparır. Xaricdən ölkəmizə daxil olan bu terrorçular və
cinayətkarlar insanları əsir götürür, öldürür və işgəncə verirlər.
Ukraynanın ərazi bütövlüyünə və ölkədəki stabilliyə təcavüz
edirlər", - deyə A.Turçinov bildirib.
Ali Radanın sədri qeyd edib ki, bu terrorçuların bazaları əhalisi
çox olan şəhərlərdə bərqərar olduğundan, onları tez bir zamanda
zərərsizləşdirmək mümkün olmur: "Vəziyyətdən istifadə edən
separatçılar vətəndaşların evlərinə soxularaq, həmin binalardan
dinc əhaliyə atəş açmaqdan belə çəkinmirlər. Bu günkü əməliyyat
zamanı Slavyansk şəhərində mövqe tutan terrorçuların dayaq
nöqtələri və silahlı hücumları bütünlüklə dəf edilib. Hazırda
ölkədə terrorçulara qarşı hücumlar davam edir".
Əməliyyat zamanı cinayətkarların xeyli itkilər verdiyini deyən
Ukrayna Ali Radasının sədri daha sonra əlavə edib ki, Vətənin
müdafiəsi uğrunda döyüşən ukraynalı vətəndaşlar arasında ölənlər və
yaralananlar da var. Biz hələlik iki nəfərin öldüyü və 7 nəfərin
yaralanması barədə məlumata malikik. Vətən uğrunda canından
keçənlərin xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaq.
O, həmçinin Rusiya Federasiyasının rəhbərliyinə müraciət edərək
deyib: “Ukrayna ətrafında baş verən hadisələr barədə isterikaya son
qoymağınızı qurtarın. Bizə olan hədələri və qorxuzmaları
dayandırın!”. /Ans/
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR