Dünya
Rusiya kəşfiyyatından şok Türkiyə açıqlaması: “Kimin yanındasan?”
“Qərb müstəqil siyasət yürüdən və Rusiya ilə yaxınlaşan Türkiyəni İŞİD-lə qorxutmağa çalışır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya kəşfiyyatının təqaüddə olan generalı Aleksandr Qurov İstanbulda və İzmirdə baş verən terror hücumlarını şərh edərkən deyib.
A. Qurov Türkiyəyə “kimin yanındasan” mesajının
verildiyini qeyd edib.
“Türkiyə bu gün Rusiya ilə yaxınlaşır. Bu yaxınlaşma xüsusilə Yaxın
Şərqdə baş verir və hər iki ölkə Suriyada İŞİD-ə qarşı birlikdə
mübarizə aparır. İŞİD indi Türkiyədən əvəz almağa çalışır. Qərb də
bu faktordan yararlanaraq, Türkiyəyə mesaj verir: Sən kimin
yanındasan? Beləliklə, Qərb İŞİD üzərindən Türkiyənin gözünü
qorxutmağa çalışır. Lakin Türkiyə güclü ölkədir, güclü ordusu var.
Amerika və Avropa isə Türkiyənin güclü olmasını istəmir”, - deyə o
bildirib.
A.Qurov hesab edir ki, Türkiyə Rusiya ilə birlikdə terrora
qarşı mübarizəni gücləndirməlidir:
“Türkiyənin terrorla mübarizə təcrübəsi var. Lakin Rusiya da son
20 ildə terrorla mübarizədə əhəmiyyətli təcrübələr qazanıb”.
Asif
-
Səhiyyə07:1525 faizədək əlavə maaş... - Kimlər ala biləcək?
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ





























