Yeni il gecəsi Türkiyəni yasa batıran TERRORÇU TUTULDU - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Yeni il gecəsi Türkiyəni yasa batıran TERRORÇU TUTULDU - - FOTO/VİDEO

Sabah səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Publika.az “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, "Əbu Muhammed Xorasani" kod adlı terrorçu Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.

Məlumata görə, səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm