Məşhur prodüsser faciəvi şəkildə öldü
Bizi izləyin

Dünya

Məşhur prodüsser faciəvi şəkildə öldü

Məşhur prodüsser faciəvi şəkildə öldü

Türkiyənin tanınmış prodüsseri Atiye Rezzan Metin evində baş vermiş yanğında faciəvi şəkildə vəfat edib.

Hadisə ötən gün İstanbulun Beykoz rayonunun Almalı kəndində baş verib.

Məlumata görə, ötən gün 12 radələrində prodüsserə məxsus 2 mərtəbəli evdə naməlum səbəblə yanğın baş verib. Yanğını görən qonşular hadisə barədə polisə və yanğınsöndürmə xidmətinə xəbər veriblər.

Yanğın yerinə Beykozla yanaşı Ümraniyə, Çavuşbaşı, Kavacıkdan da yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülmıəsindən sonra evdən bir qadına aid cəsəd tapılıb. İlikin tibbi müayinədən sonra məlum olub ki, bu, evin sahibi, 65 yaşlı prodüsser Atiye Rezzan Metinin cəsədidir.

Yanğının baş verdiyi ev və evin qarşısında olan bahalı avtomobil istifadəyə yararsız hala düşüb.

Tanışları xanım prodüsserin bir müddətdir xaricdə olduğunu, bu səhər (dünən) Türkiyəyə qayıtdığını bildiriblər.

Qeyd edək ki, Atiye Rezzan Metin “Hatırla, sevgili”, “Bu kalb seni unuturmu?”, “Gönülçelen”, “Neşeli hayat” və s. populyar serialların prodüsseri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm