“Çinin Qorbaçovu” üçün bəraət istədilər
Bizi izləyin

Dünya

“Çinin Qorbaçovu” üçün bəraət istədilər

Siyasətçi ölümünə kimi (2005-ci il) ev həbsində qalıb.

“Çinin Qorbaçovu” ləqəbi verilmiş Çin Kommunist Partiyasının keçmiş baş katibi Çjao Szıyanın ailəsi siyasətçiyə ölümündən sonra bəraət verməyi xahiş edib.

Publika.az xəbər verir ki, bu haqda “The South China Morning Post” nəşri bildirir.

Çjao Szıyan 1980-1987-ci illərdə Çin Dövlət Şurasının baş naziri, 1987-1989-cu illərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifələrini tutub.

Keçirdiyi islahatlar və bazar iqtisadiyyatını tətbiq etmək çəhdlərinə görə ona “Çinin Qorbaçovu” ləqəbi verilib. O, partiya və dövlətin səlahiyyətlərinin bölüşdürülməsini təklif edirdi. 1989-cu ildə tələbə etirazları başlananda onlarla danışıqların aparılması fikri ilə çıxış edib və hərbi vəziyyətin tətbiqinə qarşı çıxıb.

Bundan sonra Çjao Szıyan barəsində ev həbsi rejimi tətbiq edilib. Siyasətçi ölümünə kimi (2005-ci il) ev həbsində qalıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm