Kiyev mühasirəyə alınır - - VİDEO - FOTOLAR
Bizi izləyin

Dünya

Kiyev mühasirəyə alınır - - VİDEO - FOTOLAR

Polis və yanğınlarsöndürənlər növbədə dayanıblar.

Avtomobil haqqında Gömrük Kodeksinə dəyişikliklər üzrə qanunu dəstəkləyən fəallar Ukraynanın paytaxtı Kiyevə girişləri bağlayır.

Publika.az xəbər verir ki, aksiya bir neçə gün davam edəcək.

Gömrük Kodeksinə dəyişikliklər xarici qeydiyyatda olan avtomobillərin hərəkət şərtlərinin yumşaldılmasını nəzərdə tutur. Aksiya iştirakçıları bildirirlər ki, bugünkü etiraz aksiyası kodeksə dəyişikliklərin qəbulunun ləngiməsi üçün yalnız xəbərdarlıqdır.

İnsanlar yollarda təkərləri yandırırlar. Aksiyanın keçirildiyi yerlərdə polis və yanğınlarsöndürənlər növbədə dayanıblar.

Bir gün əvvəl Ukraynanın milli polisi xəbərdarlıq edib ki, yanvarın 24-də planlaşdırılmış aksiyalara görə Kiyevə girişlərdə məhdudiyyətlər yarana bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm