Avropa İttifaqının bəyanatına XİN-dən - CAVAB
Bizi izləyin

Dünya

Avropa İttifaqının bəyanatına XİN-dən - CAVAB

XİN Avropa İttifaqının bəyanatına cavab verdi

“Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa İttifaqının Qonşuluq siyasəti üzrə Komissarının mətbuat katiblərinin 3 may 2014-cü il tarixli bəyanatı siyasi mahiyyət daşımaqla mövcud reallığı əks etdirmir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa İttifaqının Qonşuluq siyasəti üzrə Komissarının mətbuat katiblərinin 3 may 2014-cü il tarixli bəyanatına cavab olaraq deyib.

E.Abdullayev bildirib ki, bəyanat Rauf Mirqədirova qarşı açılmış cinayət işinin, eləcə də Leyla Yunusova və Arif Yunusovun bu prosesdə şahid qismində dəvət olunmasının əsl mahiyyətini təhrif etməyə cəhddir.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanılmış istintaq onların jurnalist və ya vətəndaş cəmiyyəti fəaliyyəti ilə bağlı deyildir. İş üzrə istintaqın davam etdiyi müddətdə, vaxtından əvvəl hər hansı mühakimənin yürüdülməsi və siyasi motivli bəyanatların verilməsi istintaqın işinə müdaxilə və ona təzyiq göstərmək cəhdindən başqa bir şey deyildir. Bu, eyni zamanda qanunun aliliyi baxımından qəti şəkildə qəbuledilməzdir.

Məlum olduğu kimi, Azərbaycan həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqu dəstəkləmişdir. İnanırıq ki, icmalararası dialoq qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması baxımından bütövlükdə sülh prosesinə öz əsaslı töhfəsini verəcəkdir”, - XİN-in mətbuat katibinin bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm