Dünya
Qoşunlar çıxarılır və 100 illik icarə: Putinin komandası RAZILIQ VERİB - PLAN
ABŞ prezidenti Donald Tramp administrasiyasına Ukrayna üzrə yeni plan təqdim olunub.
Publika.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Andrey Artemenko planın hazırlanmasında iştirak edib.
Ukrayna-Rusiya münasibətlərinin normallaşması əsas hədəf olan plan Rusiya qoşunlarının Ukraynanın şərqindən çıxarılmasını və ümumukrayna referendumunun keçirilməsini nəzərdə tutur. Referenduma Krımın 50 və ya 100 ildə Rusiyaya “icarə”yə verilməsi haqqında sual çıxarılacaq.
Bundan başqa, Artemenko Ukrayna prezidenti Pyotr Poroşenkonun korrupsiya fəaliyyətinin sübutlarını - şirkətlərin adları və bank köçürmələrinin təqdim edib. Onun fikrincə, bu sübutlar Poroşenkonun yerini dəyişdirməsinə kömək etməlidir.
Artemenko bildirib ki, onun planı Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafının dəstəyini alıb.
“Çoxları məni Rusiya və CİA agenti adlandıracaqlar. Əgər biz danışmayacağıqsa, ölkələrimiz arasında yaxşı münasibətləri necə təmin edəcəyik”, - Artemenko bildirib.
Eyni zamanda, Ukraynanın ABŞ-dakı səfiri Valeriy Çalıy “The New York Times” nəşrinə açıqlamasında bildirib ki, Artemenko Ukrayna adından sülh nizamlanmasının heç bir alternativ planını təqdim etmək hüquqlarına malik deyil. O, Krım haqqında referendumun keçirilməsi məsələsinin irəli sürülməsini Ukrayna Konstitusiyasının kobud pozuntusu adlandırıb.
Plan ABŞ prezidentinin milli təhlükəsizlikləri məsələləri üzrə məsləhətçisi Maykl Flinnə verilmişdi. Amma o, cavab verməyib və fevralın 13-də istefaya gedib. Artemenko indi ümid edir, plana yeni məsləhətçi baxacaq.
“The New York Times” nəşri qeyd edir ki, Artemenko özünü gələcəkdə Ukraynanın “Trampa oxşar” lideri olaraq görür.
Deputatın sözlərinə görə, plan Ukraynanın rəsmən neytral dövlət olmasını nəzərdə tutur: nə NATO, nə Avropa İttifaqı, nə də Avrasiya İqtisadi İttifaqının üzvü olacaq. Nəticədə Ukrayna “Şərqi Avropanın İsveçrəsi”nə çevriləcək.
Ömər Dağlı
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin