Ermənilərin neçə faizi Sarkisyana etibar edir? - Sorğu
Bizi izləyin

Dünya

Ermənilərin neçə faizi Sarkisyana etibar edir? - Sorğu

Ermənilərin neçə faizi Sarkisyana etibar edir? - Sorğu

ABŞ İnkişafı üzrə Beynəlxalq Agentliyin sifarişi üzrə Qafqaz Tədqiqat Resursları Mərkəzi Ermənistan prezidenti və dövlət strukturlarına etibar səviyyəsi ilə bağlı sorğu keçirib.

Publika.az – ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, sorğunun nəticəsi olaraq Ermənistan vətəndaşlarının 58 faizinin prezident Serj Sarkisyana qətiyyən etibar etmədiyi məlum olub.

Əhalinin 33 faizi “müəyyən dərəcədə” prezidentə etibar edir, tamamilə etibar edənlər isə 6 faizdir. Sorğuda iştirak edənlərin digər hissəsi isə cavab verməkdə çətinlik çəkib.

Əhalinin 47 faizi parlamentə etibar etmir, yalnız 2 faizi etibar edir. Ölkənin digər qurumlarına da əhalinin etibar səviyyəsi çox aşağıdır. Əhalinin 63 faizi hökumətə, 48 faizi Konstitusiya Məhkəməsinə, 46 faizi isə vergi və gömrük xidmətlərinə etibar etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm