Ərdoğan Kılıçdaroğludan 10 min lirə təzminat alacaq
Bizi izləyin

Dünya

Ərdoğan Kılıçdaroğludan 10 min lirə təzminat alacaq

Baş nazir Ərdoğan Kılıçdaroğlunun qatıldığı bir proqramda və bir mitinqdə dediyi sözlərə görə Kılıçdaroğlunu məhkəməyə verərək 10 min lirə (təxminən 5 min manat – red) təzminat iddiası ilə qalib gəlib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəməyə hər iki liderin vəkilləri qatılıb. Məhkəmə hər iki tərəfi dinlədikdən sonra CHP lideri Kamal Kılıçdaroğlunun 10 lirə təzminat ödəməsi haqda hökm çıxarıb.

Xatırladaq ki, R.T.Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun 2013-cü il , 3 iyun tarixində, bir televiziya proqramında və Tandoğan meydanında təşkil olunan “Cümhuriyyət Mitinqi”ndəki nitqləri ilə onu açıq-aşkar təhqir etdiyi, alçaltdığı üçün 100 min lirəlik (500 min manat – red) təzminat iddiası qaldırmışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm