İŞİD-in gizli özəyinin üzvləri saxlanıldılar
Bizi izləyin

Dünya

İŞİD-in gizli özəyinin üzvləri saxlanıldılar

Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda İŞİD terror təşkilatının gizli özəyinin üzvlərini saxlayıb.

Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda İŞİD terror təşkilatının gizli özəyinin üzvlərini saxlayıb.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı cinayətlər həyata keçirməyi planlaşdırılan gizli özək Dağıstanın 4 sakinindən ibarət olub.

Bu gün səhər saatlarında Dərbəndin Buynaksk küçəsindəki evlərin birində İŞİD-in gizli özəyinin üzvlərindən birinin olduğu barədə məlumat daxil olub. Ev mühasirəyə alınıb, ancaq terrorçu təslim olmaqdan imtina edərək atəş açıb. Cavab atəşi ilə terrorçu zərərsizləşdirilib. Gizli özəyin digər 3 üzvü başqa ünvanlarda aşkarlanaraq saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm