DƏHŞƏTLİ QƏZA: Qatar avtobusla toqquşdu - 3 ölü
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ QƏZA: Qatar avtobusla toqquşdu - 3 ölü

Avtobusda 50 sərnişin olub.

ABŞ-ın Missisipi ştatında qatar avtobusla toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 3 nəfər həlak olub və onlarla insan yaralanıb.

İnsident Biloksi şəhərində yerli vaxtla saat 14:15-də baş verib.

Yerli polisin rəhbəri Con Millier deyib ki, avtobus Texas ştatına gedirmiş və avtobusda 50 sərnişin olub.

Hadisənin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm