Hakerlər dövlətdən 300 milyon dollar oğurladı
Bizi izləyin

Dünya

Hakerlər dövlətdən 300 milyon dollar oğurladı

Xeyli sayda dövlət təşkilatının bank məlumatları hakerlər tərəfindən ələ keçirilib.

Keniyada xeyli sayda dövlət təşkilatının bank məlumatları hakerlər tərəfindən ələ keçirilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticədə dövlətə təxminən 300 milyon dollar zərər dəyib.

Kibercinayətkarlığa qarşı aparılan əməliyyatın gedişatında paytaxt Nairobidə 11 şübhəli saxlanılıb. Onların arasında kibercinayətkarlıqla mübarizə üzrə qurumda işləyən bir polis və Keniya Gəlir İdarəsinin əməkdaşı var.

Hakerlər dövlət təşkilatlarının bank hesablarından 2016-cı ildə 166, 2015-ci ildə isə 137 milyon dollar pul oğurlayıb. Təhlükəsizlik gücləri şübhəlilərin Fransa, Moldova ilə Belçika ilə əlaqələrinin olduğunu və beynəlxalq cinayətkar şəbəkələrdən dəstək aldıqlarını müəyyən edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm