Dünya
Putin SÖZ VERDİ: "Məhdudiyyətlər aradan qaldırılacaq"
"İki ölkə arasında yaranan böhrandan sonra tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılacaq.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Bu gün keçirilən görüşlərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya türk iş adamlarına qarşı iqtisadi planda tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsələni qaldırdı. Burdan qeyd etmək istəyirəm ki, bu gün əldə olunan razılaşmalardan sonra bu məsələnin aradan qaldırılması texniki məsələdir. Ən qısa zamanda bu məhdudiyyətlər tam aradan qaldırılacaq”, deyə V.Putin qeyd edib.
Türkiyə Prezidenti Ərdoğan, öz növbəsində, deyib ki, məlum böhrana qədər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 38 mlrd dollar idi: “Böhrandan sonra bu rəqəm 17 mlrd. dollara endi. İndi məqsəd bu rəqəmi artıraraq 100 mlrd dollara çatdırmaqdır. Təbii ki, Rusiya tərəfinin Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətlərin tam aradan qaldırılmasını gözləyirik". Ərdoğan iki ölkə rəsmilərini bundan sonrakı çıxışlarında normallaşma prosesi kəlməsindən istifadə etməməyə çağırıb: "Münasibətlərimiz artıq normallaşıb və daha da inkişaf edəcək".
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO