Dünya
Türkiyəli nazir Niderlandda “arzuolunmaz əcnəbi” elan edilib
Niderland hökuməti Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanı “arzuolunmaz əcnəbi” elan edib.
Publika.az xəbər verir ki, Niderland hökuməti türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verib.
Yerli KİV-lərin məlumatına görə, polis əməkdaşları nazir Fatma Betül Kayanı Hollandiya-Almaniya sərhədinədək müşayiət edəcəklər.
Almaniyada səfərdə olmuş Fatma Betül Kaya, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.
Xəbər verildiyi kimi, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən “Anadolu” və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub. (apa)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR