Separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini sərbəst buraxdı
Bizi izləyin

Dünya

Separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini sərbəst buraxdı

Separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini sərbəst buraxdı

Separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin Donetsk vilayətində saxlanılan nümayəndələrini sərbəst buraxıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə RİA xəbər agentliyinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukrayna nümayəndəliyindən bildirilib.

“Onlar sağdır və vəziyyəti yaxşıdır”, - təşkilatın nümayəndəsi deyib.

Xatırladaq ki, dünən axşam saatlarında Qırmızı Xaç Komitəsinin Donetskdə yerləşən ofisinə naməlum adamlar hücum etmiş və təşkilatın 7 nümayəndəsini girov götürmüşdülər. Onlardan 3-ü təşkilatın Kiyevdəki ofisin nümayəndələri, biri fransız, 3-ü isə Donetsk sakinləri idi.

Məlumata görə, Kiyevdən gələn qrup dərmanlar gətirmişdi. Separatçılar bütün dərmanları götürərək onları naməlum istiqamətdə aparmışdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm