Fransa Rusiyaya hərbi gəmilər satmaya bilər
Bizi izləyin

Dünya

Fransa Rusiyaya hərbi gəmilər satmaya bilər

Fransa Rusiyaya hərbi gəmilər satmaya bilər

Fransa Rusiyaya "Mistral" hərbi gəmilərinin satışı ilə bağlı yekun qərarını bu ilin oktyabr ayında verəcək.

Publika.az-ın “Vaşinqton Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa xarici işlər naziri Loran Fabius bildirib.


Ukrayna böhranından sonra Fransa helikopterlər daşıya bilən hərbi gəmilərin Rusiyaya satıb-satmayacağı barədə qərarsız qalıb. ABŞ-ın bu satışa qarşı çıxması, həmçinin NATO-nun Rusiya ilə hərbi əməkdaşlığın dondurulması barədə qərarı Fransanı düşünməyə məcbur edib.


Xatırladaq ki. NATO baş katibi Anders Foq Rasmussen dünən verdiyi açıqlamasında Rusiya ilə hərbi sahədə əməkdaşlığın dondurulduğunu, ittifaqa üzv ölkələrdən də eyni şeyi istədiyini bildirmişdi. Daha əvvəl isə ABŞ-lı rəsmilər Fransanın bu satışına qarşı çıxan açıqlamalar vermişdi.


Rusiya ilə Fransa 2011-ci ildə iki ədəd "Mistral" hərbi gəminin satışı ilə bağlı razılaşma imzalamışdı. Razılaşmanın dəyəri 1,2 milyard avrodur.


Gəmilərdən birinin bu il, ikincisinin isə 2015-ci ildə Rusiyaya çatdırılması nəzərdə tutulurdu. Hərbi gəmilər 16 helikopter daşıya bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm