“Le Figaro”: “Krımdan presedent olaraq Dağlıq Qarabağ üçün istifadə etmək istəyirlər”
Bizi izləyin

Dünya

“Le Figaro”: “Krımdan presedent olaraq Dağlıq Qarabağ üçün istifadə etmək istəyirlər”

“Le Figaro”: “Krımdan presedent olaraq Dağlıq Qarabağ üçün istifadə etmək istəyirlər”

Fransanın “Le Figaro” qəzeti bu ölkənin prezidenti Fransua Ollandın Azərbaycandan başlanan Cənubi Qafqaz səfəri ilə bağlı yazı dərc edib.

Publika.az xəbər verir ki, fransız nəşri səfərin Ukrayna böhranına görə Qərb və Rusiya münasibətlərinin kəskinləşdiyi bir vaxtda həyata keçirilməsinə diqqət çəkir.

“Fransız lider Azərbaycandan sonra Ermənistan və Gürcüstanda olacaq. Fransa Avropa İttifaqının Şərq Əməkdaşlığı ölkələrində Parisin təsirini artırmaq istəyir. Eyni zamanda Rusiyanı qıcıqlandırmamağa çalışır. Hazırda Azərbaycan və Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunmasından 20 il keçib. Minsk Qrupunda həmsədr olar Fransa danışıqlara təkanı verməyə ümid edir”, - “Le Figaro” yazır.

Yelisey sarayının məsləhətçisi Ukrayna böhranı ətrafında yaranan vəziyyəti şərh edərək bildirir ki, Krımın Rusiya tərəfindən zəbt edilməsi Bakıda ciddi narahatlıq doğurub: “O gün olmur ki, parlament və KİV Rusiya-Ukrayna böhranın nəticələrinin Azərbaycan üçün qorxusunu ifadə etməsin. Fars, türk və rus dünyasının dörd yolayrıcında olan bu keçmiş sovet respublikası Avropaya açılmaq istəyir”.

Qonşu Ermənistana gəlincə, “Le Figaro” ölkənin iqtisadi və strateji planda Rusiyadan asılı olduğunu və Avropa Birliyinin Şərq Əməkdaşlığına qoşulmaqdan imtina etdiyini yazıb: “Ermənistanda Krımın zəbt edilməsini müsbət qəbul etdilər. Yerevan Krımdan presedent olaraq Dağlıq Qarabağ üçün (postsovet məkanında sərhədlərə yenidən baxılması) istifadə etmək, Dağlıq Qarabağın zəbt edilməsinin tanınmasına nail olmaq istəyir. Neft sərvətləri ilə qanadlanan Azərbaycan isə öz növbəsində Qərbin “ikili standartlar siyasəti” və “ikiüzlülüyünü” tənqid edir. Hesab edir ki, Krımın zəbt edilməsinə etiraz olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb Dağlıq Qarabağ haqqında danışmır. Yerli ekspert Alyat Göyüşovun sözlərinə görə, ölkə siyasətçiləri dərk ediblər ki, əgər Vladimir Putin Azərbaycanı tutmaq istəyəcəksə, heç kim onların yardımına gəlməyəcək. Onlar bilirlər ki, Kreml İran və cənub müsəlman respublikaları ilə postsovet məkanın sərhədlərini nəzarət altına almaq istəyir”.

Azərbaycanlı ekspert qeyd edib ki, Rusiya-Ukrayna böhranı geosiyasi xəritədə qüvvələrin yerləşdirilməsini dəyişdirə və bütün regiona yeni şans verə bilər: “Ən azından bütün keçmiş sovet respublikaları üzərində nəzarətin bərpası üzrə Putin layihəsinin uğursuzluğu halında yeni şans yarana bilər. Hər halda Azərbaycanda bütün müşahidəçiləri bu fikirdə həmrəydilər ki, Vladimir Putinin Krım və Ukraynanın şərqində güc tətbiqi Rusiyanın etibar kapitalını partlatdı. Uzunmüddətli perspektivdə istisna edilmir ki, Vladimir Putin Qafqazı itirəcək. Rusiya hətta Ermənistandan məhrum ola bilər. Hansı ki, faktiki olaraq müstəqilliyini itirir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm