Rusiyanın kəşfiyyat binasına HÜCUM: ölənlər var - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Rusiyanın kəşfiyyat binasına HÜCUM: ölənlər var - SON DƏQİQƏ

"Hücum edən şəxs öldürülüb”

Rusiyanın Xabarovsk diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) ofisinə silahlı hücum ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində silahlı şəxs də daxil olmaqla üç nəfər ölüb.

Digər iki nəfər isə FTX-nin əməkdaşı və həmin vaxt binada olan MDB ölkələrdən birinin vətəndaşıdır.

“Yerli vaxtla saat 17.02-da naməlum şəxs idarənin qəbul otağında olan insanlara atəş açmağa başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir əməkdaşı və MDB ölkələrindən birinin vətəndaşı həlak olub, daha bir mülki şəxs yaralanıb. Hücum edən şəxs öldürülüb”, - FTX-nin məlumatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm