Müdafiə naziri və Baş Qərargah rəisi istefa verdi – TERROR AKTINA GÖRƏ
Bizi izləyin

Dünya

Müdafiə naziri və Baş Qərargah rəisi istefa verdi – TERROR AKTINA GÖRƏ

Əfqanıstan prezidenti onların istefalarını qəbul edib.

Əfqanıstanın müdafiə naziri Abdullah Habibi və Baş Qərargah rəisi Kadem Şah Şahim istefa veriblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müdafiə naziri və Baş Qərargah rəisinin istefa vermələri aprelin 21-də Behl vilayətində yerləşən hərbi hissəyə edilən terror hücumu zamanı 140 təhlükəsizlik işçisinin həlak olması ilə bağlıdır.

Məlumata görə, aprelin 21-də baş verən terror hücumundan sonra Abdullah Habibi və Kadem Şah Şahim istefa ərizələrini Əfqanıstanın dövlət başçısı Eşref Ganiyə təqdim ediblər. Daha sonra isə Əfqanıstan prezidenti onların istefalarını qəbul edib.

Xatırladaq ki, 10 nəfər Taliban üzvü olan hərbi geyimli terrorçu aprelin 21-də Behl vilayətində yerləşən hərbi hissəyə silahlı hücum ediblər. Hücum nəticəsində 140 hərbiçi həlak olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm