Putin və Poroşenko gizli danışıqlar aparıb - İDDİA
Bizi izləyin

Dünya

Putin və Poroşenko gizli danışıqlar aparıb - İDDİA

Telefon danışığı dövlət başçılarına hansısa konkret razılıqlara gəlməyə kömək etməyib.

Rusiya prezidenti Vladimir Putin aprelin birinci yarısında Donbasdakı vəziyyət haqqında Ukrayna prezidenti Pyotr Poroşenko ilə gizli telefon danışıqları aparıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “Kommersant” nəşri bildirib.

Mənbələr bildirir ki, telefon söhbəti Ukrayna tərəfinin təşəbbüsü ilə olub və təxminən 20 dəqiqə davam edib. Nəşr yazıb ki, Rusiyanın və Ukraynanın liderlərinin danışığı bir-birinə kəskin böhtanlar atmamaq üçün vaxtaşırı “zarafat və istehzalı ton”a keçirdi.

Ancaq telefon danışığı dövlət başçılarına hansısa konkret razılıqlara gəlməyə kömək etməyib. Putin və Poroşenko yalnız bəzi humanitar məsələlərdə irəliləyişə nail olmağı bacarıblar. Poroşenkonun ətrafına yaxın mənbənin sözlərinə görə, əsirlərin mübadiləsi, Donbas ərazisinə qida, su və elektrik enerjisinin çatdırılması, həmçinin pensiyaların ödənilməsi məsələlərindən söhbət gedir.

Poroşenko guya Putinə xəbərdarlıq edib ki, “DXR” və “LXR” alınan elektrikə görə borcları ödəməsə, o halda Ukrayna tərəfi elektrik enerjisinin çatdırmasını dayandıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm