Çin və Rusiya ortaq hərbi təlimlərə start verir
Bizi izləyin

Dünya

Çin və Rusiya ortaq hərbi təlimlərə start verir

Çin və Rusiya Şərqi Çin dənizinin şimalında 20-26 may tarixlərində ortaq dəniz təlimləri təşkil edəcək.

Çin və Rusiya Şərqi Çin dənizinin şimalında 20-26 may tarixlərində ortaq dəniz təlimləri təşkil edəcək.

Çin donanmasının rəsmisi Lianq Yanq “Ortaq Dəniz – 2014” təlimlərinin müdafiə, hücum, dənizdə eskort, axtarış-qurtarma və girov əməliyyatları kimi mövzuları əhatə edəcəklərini bildirib.

Təlimlərdə hər iki tərəfdən ümumilikdə 14 gəmi, iki sualtı-gəmi, 9 təyyarə və helikopter olmaqla hər iki donanmanın xüsusi təyinatlılarının iştirak edəcəyi bildirilib.

Lianq Yanq təlimlərin Çin və Rusiya arasında qarşılıqlı siyasi etibar və hərbi əməkdaşlığı dərinləşdirəcəyini deyib.

Təlimlərin əsas məqsədinin dənizdəki təhdidlərə qarşı birlikdə mübarizə aparmaq olduğuna diqqət çəkən Yang “Ortaq Dəniz - 2014”-ün 3-cü tərəfi hədəfə almadığını da qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm