• USD 1,7012 0,00% EUR 1,9839 -0,09%
    • GBP 2,2164 +0,09% RUB 0,0284 -0,70%

“Bir çox kəlləni alacaq, nəhayət...” - Dünyanı dəyişdirəcək ÜÇ LİDER

  • Dünya
  • 18 May 2017 12:22
  • 1 651 Baxış
“Bir çox kəlləni alacaq, nəhayət...” - Dünyanı dəyişdirəcək ÜÇ LİDER

“Güclü liderlərin idarə etdiyi və yaratdığı yeni bir dünya yaranır. Dövlətlər və təşkilatlar liderlərdən arxada qalıb. Putin, Ərdoğan və Tramp dünyanı dəyişdirəcək üç liderdir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şəfəq” nəşrində İbrahim Karagül yazıb.

“Vladimir Putin SSRİ-nin dağılmasından sonra Rusiyanı yenidən formalaşdırdı, xalqı yeni Rusiya idealı ətrafında birləşdirdi. Daxildə dəyişikliklərə nail olandan sonra qlobal miqyasda oyun qurmağa, bir çox ölkəni barmağında oynatmağa, qlobal güc xəritəsi üzərində dərin izlər buraxmağa başladı”, - o yazıb.

Yazar qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxildə zəfərini elan edib: “Türkiyə prezidenti daxildə müvəffəqiyyət qazandıqdan sonra kənarda böyük addımlar atmağa çalışdı. Türkiyəni “soyuq müharibə” dövrünün “cəbhə ölkəsi”ndən iyirmi birinci yüzilliyin “mərkəz ölkəsi”nə çevirmək istədi. İyulun 15-də çoxlu sayda daxili və xarici müdaxilənin öhdəsindən gəldi. 16 aprel referendumu ilə daxildə zəfərini elan etdi. Əminəm ki, Tramp Ərdoğanın ölkə daxilində mübarizə üsullarını diqqətlə izləyir və dərslər götürür. Bundan sonra Ərdoğanın qlobal miqyasda daha diqqətçəkən addımlarını görəcəyik, dünya da görəcək. Dünyanı dəyişdirəcək üç liderdən Putin və Ərdoğan daxili hesaplaşmalardan zəfərlə çıxdı. İndi qlobal miqyasda fəaliyyət xəritəsi yaradırlar”.

Türkiyəli yazar Trampın ölkə daxilində savaşının isə hələ davam etdiyini qeyd edib:

“Hələ namizədliyindən başlanan mübarizə şiddətli bir döyüşə çevrildi. ABŞ daxilindəki hesablaşma daha da güclənəcək. Bir çox kəlləni alacaq, ziyan verəcək. Ya Trampın özü sistemin girovu olacaq, ya da Tramp ABŞ-ı çevirəcək, ABŞ-ın oxunu dəyişdirəcək. Proseslərin inkişafına baxsaq, bu döyüşü Tramp qazanacaq, Ərdoğan və Putin modeli ABŞ-da da özünü göstərəcək. Ehtimal ki, bundan sonra başqa ölkələr də öz liderlərini ortaya çıxarmaq istəyəcəklər”.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR