Tramp mikrofonun açıq olduğunu unudub elə söz dedi ki... - VİDEO
Bizi izləyin

Dünya

Tramp mikrofonun açıq olduğunu unudub elə söz dedi ki... - VİDEO

"Qılıncı mətbuatın üzərində istifadə edərsən"

Son vaxtlar gündəmdən düşməyən ABŞ prezidenti Donald Tramp bu dəfə də qatıldığı mərasimdə qalmaqallı olay yaradıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Sahil Təhlükəsizlik Akademiyasının buraxılış mərasiminə dəvət olunan prezident Tramp bir anlıq mikrafonun açıq olduğunu unudub.

Mərasimdə Trampa, xüsusi qutuda qılınc hədiyyə olunub. Təqdim olunan hədiyyəni ABŞ-ın Təhlükəsizlik Naziri Con Kelliyə uzadan Tramp, gülərək "Qılıncı mətbuatın üzərində istifadə edərsən" ifadəsini işlədib.

Yumor hissi çox güclü olan lider mikrofonların açıq olduğunu xatırlayıb və gülərək yerinə əyləşib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm