Ərdoğan Vaşinqtonda səfər zamanı baş verən qarşıdurmanı belə izlədi – VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan Vaşinqtonda səfər zamanı baş verən qarşıdurmanı belə izlədi – VİDEO

Davanı izləyən Ərdoğan sonra səfirliyin binasına daxil olur.

Vaşinqtonda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında baş verən qarşıdurmanın yeni görüntüləri yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüntüləri “Amerikanın səsi” televiziyası yayımlayıb.

Türkiyənin ABŞ-dakı səfirliyinin binası yaxınlığında baş verən toqquşmanı Ərdoğanın öncə avtomobilindən, daha sonra isə ayaq üstə izləməsi əks olunur.

Davanı izləyən Ərdoğan sonra səfirliyin binasına daxil olur.

Qeyd edək ki, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm