İnancını dəyişən hamilə qadına ölüm hökmü verilə bilər
Bizi izləyin

Dünya

İnancını dəyişən hamilə qadına ölüm hökmü verilə bilər

Sudan məhkəməsi 27 yaşlı hamilə qadına ölüm hökmü verə bilər. Ölüm hökmünün səbəbi isə ondan ibarətdir ki, qadın İslam dinindən imtina edib xristian olub.

Məryam Yəhya İbrahim müsəlman qadınları üçün qadağan hesab olunan xristian kişiyə ərə gedib və dinini dəyişib.

Qadının hökmü bu gün məlum olacaq.

Qadın haqda məlumatı polisə qadının qohumları verib. Müsəlman qadının digər dindən olan kişiyə ərə getməsi Sudanda cinayət hesab olunur.

İlkin mərhələdə ona 100 şallaq vurulması tələb olunub, lakin sonradan qərar dəyişib. Əgər 8 aylıq hamilə Məryama ölüm hökmü verilsə o, körpəsini dünyaya gətirdikdən sonra öldürüləcək.

Qeyd edək ki, qadının daha bir uşağı var və 2 yaşlı körpə anası ilə yanaşı həbsxanada saxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm