Putinin qisası ağır olacaq: Amerikanın “arxa baxçası”na HÜCUM
Bizi izləyin

Dünya

Putinin qisası ağır olacaq: Amerikanın “arxa baxçası”na HÜCUM

Putinin bununla bağlı tapşırıq verib.

ABŞ Avropa müttəfiqləri ilə Rusiyanın sərhədləri yaxınlığında hərbi bazalar yerləşdirməklə “dəcəllik edir”. Moskva yaxın vaxtlarda cavab zərbəsi vura bilər.

Publika.az Layf.ru saytına istinadən xəbər verir ki, söhbət bilavasitə ABŞ sərhədlərinin yaxınlığında hərbi zavodların tikintisindən gedə bilər.

Bugünkü Rusiya ABŞ-ın “arxa baxçası” hesab edilən Latın Amerikasında böyük çəkiyə malikdir. Hətta bunun “soyuq müharibə” dövründə SSRİ-nin regionda malik olduğu çəkidən də çox olduğu bildirilir. Moskva hazırda Latın Amerikası ölkələri olan Kuba, Nikaraqua və Venesuelada böyük təsirə malikdir.

Layf.ru-ya məlum olub ki, Rusiyanın Xarici İşlər Nazirliyi region dövlətləri ilə əməkdaşlığın sonrakı inkişafı üzrə təkliflərini prezident Vladimir Putinə təqdim edib. Müvafiq idarələri artıq öz təklifləri üzərində işləməyə başlayıb. Xüsusi olaraq, Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətınə Latın Amerikanın bir sıra dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi tapşırılıb. İlk növbədə Venesuela, Braziliya və Perudan söhbət gedir. Saytın mənbələri bildirirlər ki, Federal Xidmətə hərbi texnika, onların hissələri və silahların çatdırılması üzrə komplekt tədbirlərin hazırlanması tapşırılıb. Hər şeydən əvvəl Braziliya, Peru və Venesuela nəzərdə tutulur.

Latın Amerikası və Karib hövzəsi ölkələrinə Rusiyanın silah ixracı sirr deyil. ABŞ-dan olan ekspertlərin məlumatına görə, Moskva 2008-2011-ci illərdə regiona “Yer-hava” tipli üç mindən çox raket satıblar.

Ənənəvi silah alıcılarından biri Venesueladır. Uqo Çaves dövründə ölkə Rusiya silahına ildə 2 milyard dollar xərcləyirdi. Ancaq neftin aşağı qiymətləri fonunda (ölkənin büdcəsi tamamilə neftin ixracından asılıdır) hazırda Venesual ağır günlərini yaşayır.

Ancaq bu heç o demək deyil ki, Moskva və Karakasın hərbi-texniki əməkdaşlığı dayanacaq. Layf.ru-nun məlumatına görə, Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətə “federal büdcənin hesabına pulsuz əsaslarla müasir silahların ayrı nümunələrinin Latın Amerika sifarişçilərinə” çatdırılması tapşırılıb. Bundan başqa, Rusiya daxili qiymətlərlə silah və hərbi texnikanın satışı variantı üzərinə işləyir. Bu təklif o halda reallaşdırıla bilər ki, potensial müştərilər Rusiya məhsulunun bütöv partiyasının alınması haqqında qərar qəbul etmək imkanına malik olsunlar.

Döyüş, hərbi-nəqliyyat və tədris-döyüş təyyarələri, zirehli texnika, xüsusi avtomobil texnikası, atıcılıq, tank əlehinə silah və hava hücumundan müdafiə vasitələri Braziliyada ən çox tələb edilən silah növləridir. Bu ölkə regionun yalnız ən böyük iqtisadiyyata malik deyil, həm də ən böyük ordusuna malikdir. Ölkə ənənəvi olaraq Amerika şirkətlərin istehsalı etdiyi silahlarla silahlanırdıalr. Ancaq son zamanlar Braziliya Müdafiə Nazirliyi Rusiyadan da silah almaq arzusunu ifadə edir. İlk növbədə “Pansir-S1” zenit raket-top komplekslərindən söhbət gedir.

Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin başçısının müavini Anatoli Punçuk bildirib ki, Braziliya hərbçiləri dəfələrlə yuxarıda göstərilən hərbi texnikanın istehsal edildiyi müəssisəyə baş çəkiblər və hərbi poliqonunda “Pansir-S1”in atışlarını izləyiblər.

Ancaq Braziliya narkomafiyalarla mübarizə aparmağa imkan verən Rusiya silahının nümunələri ilə də maraqlanır. Sirr deyil ki, güclü narkokartellər Latın Amerikası ölkələrinin əksəriyyəti, həmçinin Braziliya üçün bir nömrəli düşməndir.

“Braziliya məlum olduğu kimi, kiminləsə aktiv döyüş əməliyyatları aparmır. Amma narkokartellər kimi mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə problem var. Onlara qarşı “Tiqr” və “Tayfun” kimi zirehli avtomobilləri tətbiq etmək olar. Rusiya Braziliyaya anti-terror silah sistemlərini çatdıra bilər. Mİ-35, Mİ-28 və Ka-226 kimi vertolyotlarla bu ölkənin bazarına tamamilə ələ keçirə bilərik”, - hərbi ekspert Dmitri Yurov deyib.

Ekspert həmçinin Suriyada terror qruplaşmaları ilə döyüşlərdə müvəffəqiyyətlə sınaqdan keçirilmiş Rusiya döyüş robotlarının braziliyalılara çatdırılmasını kifayət qədər perspektivli hesab edir. Bundan başqa, Yurov bildirir ki, Rusiyanın atıcı silahlarını unutmaq lazım deyil. Onun sözlərinə görə, bu silahlar Braziliya bazarında işləyən Avropa istehsalçıları üçün ciddi rəqib ola bilər.

Latın Amerikanın silah bazarı uğrunda mübarizə aparmaq üçün sifarişçilərin ərazisində hərbi zavodların tikintisi də istisna edilmir. Layf.ru yazır ki, bu məsələ üzərində Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmət işləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm