8 yaşlı qız elektrik dirəyi üçün qazılan quyuya düşdü - - FOTOLAR
Bizi izləyin

Dünya

8 yaşlı qız elektrik dirəyi üçün qazılan quyuya düşdü - - FOTOLAR

Uşağın qışqırıq səsinə toplaşan camaat təcili kömək çağırıb.

Hadisə Türkiyənin Antalya bölgəsində qeydə alınıb.

Publika.az xəbər verir ki, əslən Suriyadan olan 8 yaşlı qız elektrik dirəklərinin qoyulması üçün qazılan 1 metr dərinliyində quyuya düşüb.

Uşağın qışqırıq səsinə toplaşan camaat təcili kömək çağırıb.

Hadisə yerinə gələn briqada yalnız üzü görünən kiçik uşağı quyudan çıxartmaq üçün beton qıran qurğu ilə quyunun ağzını genişləndirməyə çalışıblar.

Quyudan xilas edilən 8 yaşlı uşağın sağ ayağı hadisə zamanı sınıb. Xəstəxanaya yerləşdirilən uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm