Avrasiya İttifaqından İrəvana “qırmızı kart”
Bizi izləyin

Dünya

Avrasiya İttifaqından İrəvana “qırmızı kart”

Avrasiya İttifaqından İrəvana “qırmızı kart”

Ermənistanın Avrasiya İttifaqına üzvlüyü getdikcə daha çox qeyri-reallığa çevrilir.

Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, 29 Mayda Astanada Rusiya, Qazaxıstan və Belorus dövlət başçılarının sammitində Avrasiya İttifaqı haqqında müqavilə imzalanmalıdır.

Ermənistan prezidenti Serj Sarkisyan isə Astanaya getməyəcək. Razılaşmaya görə, Ermənistanın Gömrük Şurasına üzvlüyü haqqında sazişin son mətni 1 İyun tarixinə qədər hazır olmalıdır. Yəni, Avrasiya İttifaqının yaradılmasından sonra. Başqa sözlə, Ermənistan artıq Avrasiya İttifaqının həmtəsisçisi olmayacaq. Sonradan isə əsas şərtlərin yerinə yetiriləcəyi halda ittifaqa üzv olmaq mümkün olacaq.

Erməni mətbuatının yazdığına görə, Ermənistan və “DQR” arasında sərhədlərin olmaması İrəvanın əsas şərtidir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Gömrük Şurasına üzv olacağı halda Ermənistan və “DQR” arasında nəzarət buraxılış məntəqələri ola bilməz.

Avrasiya İqtisadi Komissiyası isə Ermənistanın bu şərti ilə razı deyil. Xüsusilə, Belorus və Qazaxıstan Azərbaycan ilə yaxşı münasibətlərini nəzərə alaraq Avrasiya İttifaqının sərhədlərinin əvvəlcədən müəyyənləşdirilməsinin vacib olduğunu bildirir.

Məsələ ilə bağlı Polşanın Ermənistandakı səfiri Edislava Raçinskoqonun bəyanatı da maraqlıdır. O, bildirib ki, Avropa Birliyi Ermənistanın yalnız Avrasiya İttifaqının üzvü olmasından sonra bu ölkə ilə əməkdaşlığın mexanizmini hazırlaya bilər. “Yalnız bundan sonra üçüncü ölkələrlə əməkdaşlığın sərhədi müəyyən ediləcək”, deyən Raçinskonun sözlərində kiçik mətnaltı məna var. Səfir sanki demək istəyir ki, Ermənistanın Avrasiya İttifaqına üzv olub-olmayacağı hələ məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm