PKK-ya zərbə: Terrorçuların milyonlarla dolları dağ başında yandırıldı
Bizi izləyin

Dünya

PKK-ya zərbə: Terrorçuların milyonlarla dolları dağ başında yandırıldı

Türkiyənin Diyarbəkir ərazisində PKK-lı terrorçuları zərərsizləşdirmək üçün "Bayraq-54. Şəhid Jandarm Kapitan Fuad Oğuzcan. Müştərək Birlik Əməliyyatı" davam edir.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, əməliyyat çərçivəsində kəndlərdə də axtarışlar aparılıb və terrorçulara dəstək verən sakinlər həbs edilib.

Ərazidən qaçan PKK-çılara aid mağaralardan isə rəsmi geyim dəstləri, silah-sursat və partlayıcı maddə yüklənmiş avtomobil tapılıb.

Həmçinin narkoteror əməliyyatı çərçivəsində həyata keçirilən işlərdə 2 ton 988 kiloqram marixuana, bir milyon 699 min 100 kök Hind kəndiri bitkisi ələ keçirilib. Bitki prokurorluğun göstərişilə tapıldığı yerdə yandırılıb, digər narkotik vasitələr isə mühafizə altına alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm